Dünya

Ermənistan ordusunun mayoru həbs olunub

28 Avqust 2021 16:49
0 Şərh     Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib.

O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.

"Bunun ağır nəticələri olub. Zabit məhkəmənin qərarı ilə həbs edilib. Hazırda araşdırmalar davam etdirilir", - məlumatda qeyd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.