Dünya

“Delta” ştammının suda 72 saata qədər yaşadığı məlum oldu

27 Avqust 2021 09:24
2 Şərh     Baxış: 1 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Vektor" dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun "Delta" ştammının suda sağqalma müddətini araşdırıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, digər ştammlar kimi "Delta" suda 72 saata qədər yaşaya bilir.

Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. "Vektor"a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur.

Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda "SARS-CoV-2" virusunun canlılığını öyrənmişdilər. Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində artı 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.