Dünya

Koronavirusun yeni simptomları

28 Avqust 2021 16:45
0 Şərh     Baxış: 1 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir".

Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Oksana Staneviç məlumat verib.

İndi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.

Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.

"Əksər hallarda xəstələr bunun koronavirus olmadığını, adi bağırsaq infeksiyası olduğunu düşünür və səhv müalicə etməyə başlayırlar. Xəstə qusma və ishal nəticəsində çoxlu maye və elektrolit itirir. Çox vaxt belə xəstələr xəstəxanaya orqanizmin çoxlu su itirmiş vəziyyətində daxil olurlar", - deyə mütəxəssis bildirib.

O vurğulayır ki, isti havalarda xəstələrə nəzarət etmək daha çətindir, çünki bədənin susuz qalması səbəbindən böyrəkdə ciddi problemlər yarana bilir. Bu kimi ağırlaşmalar ambulator mərhələdə antiviral dərman qəbul edən insanlarda da müşahidə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.