Dünya

Alman təyyarə Kabildən 7 nəfəri təxliyyə edə bilib

17 Avqust 2021 17:12
0 Şərh     Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Silahlı Qüvvələrinə məxsus təyyarə Kabil şəhərindən yalnız 7 nəfəri çıxara bilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Almaniyanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata əsasən, təyyarə bir neçə cəhddən sonra Kabil hava limanına enə bilib və buradakı cari vəziyyət ilə əlaqədar 7 nəfərdən başqa heç kimi təxliyyə etmək mümkün olmayıb. 

Qeyd olunur ki, hava limanında hökm sürən xaos və buraxılış məntəqəsində daimi atışma səbəbindən dünən axşam digər alman vətəndaşlarını və siyahıda adı olan şəxsləri təxliyyə etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.