Dünya

Kabil aeroportunda faciə: amerikalılar atəş açdılar, 40 ölü

17 Avqust 2021 21:36
0 Şərh     Baxış: 3 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kabilin beynəlxalq hava limanında basabas və atəş açılması nəticəsində 40 nəfər həlak olub.

Milli.Az TOLOnews-a istinadən bildirir ki, ABŞ hərbçiləri hava limanına şığıyan əfqanlara atəşa açıblar. Basabas və qaçaqaç yaranıb, nəticədə tələfat daha da artıb.

Əfqanlar isə hava limanına axışırlar. Onların dediklərinə görə, dolaşan şayiələrə görə, Kabili təyyarə ilə pasportsuz və vizasız tərk etmək olar. Bundan başqa, "Taliban"ın hakimiyyətə ələ keçirməsi nəticəsində yaranmış qeyri-müəyyənlik nəticəsində ölkədən qaçmaq istəyənlər arasında qadınların sayı artıb.

Taliblərin "evlərinizdə qalın" çağırışlarına və təyyarələrdən düşərəv həlak olanların sayının artmasına rəğmən, Kabil limanında minlərlə əfqan var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.