Dünya

Slovakiya Prezidenti koronavirusa qarşı peyvənd olunanlara təşəkkür edib

16 Avqust 2021 20:36
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiyanın dövlət başçısı Zuzana Çaputova ölkədə koronavirusa qarşı peyvənd olunanlara təşəkkür edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Slovakiyada yetkinlik yaşına çatmış əhalinin 50 faizi və ya 2,3 milyon sakinə peyvəndin azı bir komponenti tətbiq edilib.

Prezident peyvəndin cəmiyyətin bütün təbəqələri üçün faydalarını vurğulayaraq, peyvənd olunmuş insanların xəstəxanaların yüklənməsi və virusun yayılmasında ən aşağı riskə malik olduqlarını bildirib. Həmçinin qeyd edilib ki, vaksinasiya səviyyəsi nə qədər yüksək olarsa, bu, ölkədə ictimai həyatı məhdudlaşdıracaq addımlardan imtinaya, sosial-mədəni və iqtisadi həyatın normal axara dönməsinə və pandemiyanın növbəti dalğasının qarşısının alınmasına töhfə verə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.