Dünya

KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək

15 Avqust 2021 14:10
0 Şərh     Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Arabiya telekanalı" məlumat yayıb.

Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.

Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.

Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval "Tolo News" telekanalının efirində "Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.