Dünya

Yaponiyada 1,7 milyon nəfər təxliyyə edilir

14 Avqust 2021 14:52
0 Şərh     Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın cənub-qərbində 1,7 milyon sakinin güclü yağışlar səbəbindən təxliyyə edilməsi elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "NHK" telekanalı yayıb. Məlumata əsasən, Fukuoka, Saqa, Naqasaki, Hirosima prefekturalarının sakinlərinə təhlükə ilə bağlı ən yüksək xəbərdarlıq səviyyəsini olan beşinci səviyyə ilə bağlı xəbərdarlıq edilib. 

Qeyd edək ki, artıq bir neçə gündür ki, Yaponiyanın cənub-qərbində güclü yağışlar yağır. Təbii fəlakətin təsirinə məruz qalmış ərazilərdə küçələri su basıb. Kyosyu adasının şimalında üç ayın norması qədər yağıntı düşüb. 

Bildirilir ki, bir nəfər həlak olub. Torpaq sürüşməsi nəticəsində iki nəfər itkin düşüb. Proqnozlara əsasən, yağışlar hələ davam edəcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.