Dünya

“TIR” sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi

9 Avqust 2021 21:50
0 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Magistral yolda əks istiqamətə çıxan sürücü "TIR"la burun-buruna gəldi. Qəza baş verməsə də məzəli anlar yaşandı.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, xarici ölkələrin birində əks yola çıxaraq qəza şəraiti yaradan sürücü həyatının dərsini alıb. "TIR" sürücüsü yoluna çıxan sürücünün üzərinə gələrək avtomobilini geri sürməyə məcbur edib. Sürücü manevrə başladığı nöqtəyədək geri gəlib və yenidən öz zolağına qayıtmalı olub. 

Yük avtomobillərini ötməyə çalışan bəzi sürücülərin tələskənlik edərək əks yola çıxması çox zaman ağır qəzalarla nəticələnir. Bu videodakı sürücü yəqin bir də həyatı boyunca qarşı yolun təhlükəsizliyinə əmin olmadan manevrə başlamaz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.