Dünya

Ərdəbildə milli fəal tutuldu

27 İyul 2021 11:28
1 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hakimiyyətinin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli fəalalra qarşı represiya siyasəti artmaqdadır.

Milli.Az bildirir ki, dünən Ərdəbil şəhərindən olan Pərviz Siyabi İranın əmniyət orqanları tərəfindən yaxalnıb.

Fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.

Azərbaycanlı fəalın iyulun 24-də keçirilən əl-Əhvaz etirazlarına dəstəklə bağlı yaxalanması ehtimal edilir.

Qeyd edək ki, Pərviz Siyabi bundan öncə 2020-ci il oktyabrın 18-də Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana nizami yardım etməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən etirazlarda iştirak etdiyinə görə həbs olunmuşdu.

Milli fəal daha sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.