Dünya

Fransada İslama qarşı hücumlar 52% artıb

10 İyul 2021 09:00
0 Şərh     Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan Haqları üzrə Milli Məşvərət Komissiyasının irqçilik, anti-semitizm və milli dözümsüzlüyünə dair yayımladığı sayca 30-cu hesabatında Fransada İslam düşmənçiliyinin kəskin şəkildə artdığı bildirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mart ayında keçirilmiş onlayn sorğuya qatılan ölkə sakinlərinin 59%-i İslamı fransız kimliyinə təhdid olaraq qiymətləndirib. Respondentlərin 72%-i miqrantların yalnız sosial müdafiə mexanizmlərindən faydalanmaq üçün Fransaya gəldiklərini qeyd edib.

Hesabatda son iki ilin yekunları müqayisə olunaraq, irqçilik zəminində baş vermiş insidentlərin 22%, anti-semitizm səbbindən yaşanan hadisələrin isə 51% azaldığı, əvəzində İslama qarşı yönəlik fəaliyytlərin 52% artdığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.