Dünya

"Artek” düşərgəsində koronavirus alovlandı - 60 uşaq təcrid edildi

21 İyun 2021 22:44
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq uşaq istirahət düşərgəsi "Artek"də 12 məktəblidə koronavirus aşkarlandıqdan sonra 60 uşaq və 17 dəstə rəhbəri təcrid olunub.

Milli.Az xəbər verir ki, "Artek"də hazırda 2535 uşaq yerləşir.

Bütün uşaqlar hər gün yoxlanılır və yüngül əlamətlərdə belə dərhal tibbi məntəqəyə göndərilir.

Yoluxanlar xəstəliyi yüngül keçirir və onlar Yaltada xəstəxanaya aparılıb.

Uşaqların valideynlərinin bəzisi narahat olaraq düşrgəyə və xəstəxanaya gəliblər.

Bildirilib ki, iyun ayında "Artek" qəbula başlayanda 2000 işçi PZR test olunub və heç kimdə virus aşkarlanmayıb.

Sanitar gigiyenik qaydalara da əməl olunur.

Hazırda "Artek"in daxili təmiz zona hesab edilir.

"Artek" fəaliyyətini dayandırmır, 5 iyulda növbəti növbə uşaqları 85 regiondan qəbul edəcək.

Hazırda "Artek"də Rospotrebnadzorun komissiyası işləyir və 9 düşərgənin hamısını yoxlayır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.