Dünya

Toy mərasimindən qayıdanları oğurlayıb qətlə yetirdilər

13 İyun 2021 09:44
Baxış: 1 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın Kabil əyalətində baş verən silahlı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Paqman mahalında baş verib. Silahlı şəxslər toy mərasimindən qayıdan insanları qaçırıblar, sonra isə onları öldürüblər.

Bildirilir ki, ölənlər arasında mücahidlərin keçmiş komandiri olub, qurbanların qalan hissəsi isə onun qohumlarıdır.

Polis hadisədə radikal "Taliban" silahlılarını ittiham edir. "Taliban" hadisəyə hələ münasibət bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.