Dünya

Rusiya dronu ukraynalı jurnalistlərin avtomobilini vurdu - Müxbir və operator həlak oldu - FOTO

23 Oktyabr 2025 15:25
Baxış: 918
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Kramatorsk şəhərinə endirdiyi dron zərbəsi nəticəsində "Freedom TV" kanalının jurnalisti Olena Qramova və operator Yevhen Karmazin həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Vadım Filaşkinin məlumat verib.

Hücumun "Lancet" tipli kamikadze dronu ilə həyata keçirildiyi və dronun jurnalistləri daşıyan avtomobilə dəydiyi bildirilib.

Qramova və Karmazin bölgədə ezamiyyətdə olarkən öldürülüblər. Bu hadisə cəbhə xəttinə yaxın ərazilərdən xəbər verən Ukrayna media nümayəndələrinin ardıcıl itkilərinə daha bir nümunədir.

Qeyd edək ki, "Freedom TV"nin Kiyevdəki redaksiyası da bu il iki dəfə Rusiya raket hücumları nəticəsində dağıdılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.