Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta zərfinə daxil olmayan bir çox xəstəliklər də sığorta ilə müalicə olunacaq.
Milli.Az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına 2026-cı ildən həyata keçirilməsi nəzərdə tutulan xəstəliklərə aşağıdakılar daxildir:
-xroniki böyrək çatışmazlığı,
-hemofiliya, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər,
-ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikası,
-dağınıq skleroz xəstəliyinin müalicəsi,
-vərəm,
-uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi.
Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər edilməsi nəzərdə tutulub.
Milli.Az