İran

Pezeşkian bu dəfə "Heydərbabaya salam" şeirini dedi - VİDEO

23 Oktyabr 2025 15:50
Baxış: 647
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında böyük maraq yaradıb.

Pezeşkian böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" şeirindən bir parça oxuyub.

Prezidentin dilindən səslənən "Göylər bütün dumandır, günlərimiz yamandır", "Yaxşılığı əlimizdən alıblar", "Yaxşı bizi yaman günə salıblar" kimi ifadələr salondakı dinləyicilər tərəfindən emosional alqışlarla qarşılanıb.

Xatırladaq ki, İran prezidenti daha əvvəllər də azərbaycanca şeirlər səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.