Dünya

Ermənistanda daha bir əsgər “dedovşina”nın qurbanı olub

6 İyun 2021 14:38
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında yerlibazlıq, "dedovşina" və digər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlər səngimək bilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ölkə KİV-lərində yayılan məlumatlarda Ermənistanın Kirovakan rayonundan həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyanın "dedovşina"nın növbəti qurbanı olduğu bildirilir. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb.

O, təhqirlərə yenidən məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib. M.Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib. Fakt hüquq-mühafizə orqanlarından gizlədilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.