Dünya

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

6 İyun 2021 13:32
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin əczaçılıq şirkəti "Sinovac Biotech"in prezidenti Veydonq Yin "Sinovac" peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.

Veydonq Yin "Sinovac"ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.

I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan "Sinovac" peyvəndinin təcili istifadəsini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.