Dünya

Pakistanda güclü yağış 10 nəfərin ölümünə səbəb oldu

1 İyun 2021 12:24
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Şərqi Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində 10 nəəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Pəncabın Okara şəhərində güclü ildırım çaxması evin dam örtüyünü sıradan çıxarıb və nəticədə 4-ü uşaq olmaqla, 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bundan başqa, vilayətin digər ərazisində evin divarı aşaraq bir nəfərin ölümünə səbəb olub. Daha bir kişi isə ildırım vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pakistan Meteorologiya Departamenti ölkənin müxtəlif yerlərində güclü küləklə yanaşı, şimşək çaxacağı barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.