Dünya

Kadırovu təhqir edən şəxsdən AÇIQLAMA - FOTO

24 May 2021 14:34
Baxış: 1 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramzan Kadırovu "şeytan" adlandıran 15 yaşlı dağısanlıya dəstək məqsədi ilə video hazırlayan Perm diktokeri öz həyatı üçün təhlükə hiss etdiyi üçün Çeçenistan liderindən üzr istəyib. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda o, Telegram kanalı "Baza"ya danışıb.

Gənc oğlan üzr istəməyinin səbəbi belə izah edib:

"Bəzi "arzuolunmaz insanlar" mənim ünvanımı öyrəndilər və qərara gəldim ki, meşədə tapılmaqdansa vaxtında üzr istəyim".

"News.ru" saytı yazır ki, söhbətin hansı "arzuolunmaz insanlar"dan getdiyini o, dəqiqləşdirməyib.

Bir neçə gün əvvəl bloger "İnstagram"da canlı yayım zamanı Kadırovu "şeytan" adlandıran15 yaşlı dağıstanlıya dəstək üçün video hazırlayıb.

Videoçarxda bildirib ki, Çeçenistan başçısı vətəndaşlara qarşı davranışına görə tutduğu vəzifədən azad olunmalıdır. Daha sonra təxribatçı videonu çıxarıb və üzr istəyib.

Daha əvvəl bildirilmişdi ki, İnstagram istifadəçiləri Kadırovun təhqir etdiyi yeniyetməyə dəstək üçün Flashmob təşkil ediblər. 

#Kadırovshaytan haştəqi 600 dəfə istifadə edilib. Onların fikrincə, Kadırovun 15 yaşlı dağıstanlı ilə haqq-hesab çürütməsi yersizdir.

Xatırladaq ki, Moskva vilayətində yaşayan dağıstanlının valideynləri onu "belə böyütdükləri" üçün Kadırovdan üzr istəyib. Bu qərar ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.