Dünya

Bu ölkədə toy mərasiminə İCAZƏ VERİLDİ

17 May 2021 09:24
Baxış: 2 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən etibarən İngiltərədə koronavirusla bağlı qoyulan qaydalar yüngülləşdirilir. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla da muzeylər, kinoteatrlar, və hoteller öz fəaliyyətlərini bərpa edir. 

Həmçinin restoranların daxili məkanlarında da müştərilərə xidmət etməyə icazə veriləcək. 

Bundan əlavə, insanlar qapalı məkanlarda 6 nəfərədək, açıq məkanlarda isə 30 nəfərədək toplaşa, görüşə bilərlər. Eyni zamanda, maksimum 30 nəfərlik toy mərasimlərinin keçirilməsinə də icazə veriləcək. 

Qeyd edək ki, bundan əvvəl İngiltərədə koronavirus qaydaları aprelin 12-də yumşaldılmışdı. Bu qaydalara əsasən, restoranların açıq məkanlarda fəaliyyətinə icazə verilmiş, idman zalları fəaliyyətini bərpa etmişdi. 

Hər şey qaydasında gedərsə, İngiltərə hökuməti tərəfindən iyunun 21-də növbəti yumşaldılma barədə qərar verəcəyi gözlənilir. 

Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.