Dünya

Qazaxıstanda yerli “QazVac” peyvəndi ilə vaksinasiya başlanıb

27 Aprel 2021 09:04
Baxış: 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan Səhiyyə Nazirliyi COVID-19 əleyhinə yerli "QazVac" peyvəndi ilə vətəndaşların kütləvi vaksinasiyasına başlayıb.

Nazirliyin rəsmi saytında yayılan məlumatda peyvəndin 18 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunduğu bildirilib.

İlk olaraq 50 min dozadan ibarət peyvəndin birinci partiyası bölgələrə çatdırılıb. May ayında ölkədə daha 50 min doza peyvəndin istehsalı gözlənilir.

Qeyd edək ki, "QazVac" vaksini Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. İndiyədək Qazaxıstanda aparılan vaksinasiya prosesində Rusiya istehsalı olan "Sputnik V" peyvəndindən istifadə olunub. Nazirlikdən bildirilib ki, vətəndaşlar hər iki preparat arasında seçim edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.