Dünya

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra...

25 Aprel 2021 11:12
Baxış: 3 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik.

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib.

"Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə müxtəlif vaxtlarda bildirmişik. Qarabağ böhranının həllindən sonra bu çağırışımızı yüksək səslə bir daha yenilədik. Eyni çağırışı təkrar edirəm", - Ərdoğan qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.