Dünya

Permdə yanğın zamanı 4 uşaq ölüb

24 Aprel 2021 08:23
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Perm bölgəsində şəxsi evdə baş vermiş yanğın zamanı dörd uşaq ölüb. Hadisədən sonra istintaqçılar tərəfindən cinayət işi açılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyası İstintaq Komitəsinin saytında yer alıb.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi üzrə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi başlanılıb", - məlumatda belə deyilir.

İstintaq Komitəsinin açıqlamasına görə, uşaqlar evdə nəzarətsiz qalıblar. Əlavə edilir ki, hadisə yerinə baxış keçirilir, bundan sonra məhkəmə ekspertizaları təyin ediləcək.

Qeyd edək ki, yanğın Çusovski şəhər dairəsinin Utyos qəsəbəsində baş verib. Regionun Səhiyyə Nazirliyinin nümayəndəsi əvvəlcə üç uşağın öldüyünü bildirsə də, İstintaq Komitəsi dörd uşağın öldüyünə aydınlıq gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.