Dünya

Milyonlarla insan eyni vaxtda Qanq çayına girdi - FOTO

13 Aprel 2021 17:26
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxmaya görə dünya ölkələri arasında ikinci sırada dayanan Hindistanda milyonlarla insan müqəddəs günlə bağlı Qanq çayında çimib.

Milli. Az müsavat.com-a istinadən bildirir ki, ötən gün milyonlarla hindu müqəddəs "Kumbh Mela" bayramını qeyd etmək üçün ölkənin Uttarxand əyalətindəki Haridvar şəhərinə axın edib. Hindular dini ayinlərə əsasən günorta saatlarında Qanq çayında çimiblər. Məlumata görə eyni vaxtda 2,1 milyon hindu çaya girib.

Adətə görə, müqəddəs "Kumbh Mela" dini bayramında hindular çayda çimərkən bütün günahlardan təmizlənir, ölümdən xilas olurlar.

Məlumata görə, səhiyyə qurumları insanları pandemiya dövründə bu ayindən imtina etməyə çağırış etsə də, sonradan hökumət sosial məsafə və təhlükəsizlik qaydalarına riayət etməklə, ayini yerinə yetirməyə icazə verib. Lakin ayin zamanı polis sosial məsafənin qorunması məsələsinə nəzarət etməkdə aciz qalıb.

Hindistanda bu günə qədər 13 689 453 nəfər koronavorisa yoluxub. Bu sayla Hindistan ABŞ-dan sonra ikinci sıradadır. Virusa yoluxan 171 mindən çox insan vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.