Dünya

“Pfizer-BioNTech”in azyaşlılara vurulması üçün müraciət edildi

10 Aprel 2021 08:08
Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pfizer-BioNTech" vaksininin ABŞ-da 12-15 yaşlılara tətbiqi üçün ABŞ Qida və Dərman Dairəsinə müraciət edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciət təcili istifadəni nəzərdə tutur.

Şirkətin açıqlamasında bildirilib ki, keçən ay aparılan araşdırmaya əsasən, vaksinin 12-15 yaşlılarda 100 faiz təsir göstərdiyi müəyyənləşdirilib:

"Müraciətimiz qlobal vaksinasiya təşəbbüslərini genişləndirmək üçün hökumətləri dəstəkləmək çalışmları baxımından vacib addımdır".

Qeyd edək ki, "Pfizer-BioNTech" vaksini ABŞ-da ABŞ Qida və Dərman Dairəsindən istifadə icazəsi alan və istifadəsinə başlanılan ilk peyvənddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.