Dünya

ABŞ-da atışma: ikisi uşaq olmaqla 5 nəfər öldürülüb

8 Aprel 2021 13:19
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da atışma zamanı ikisi uşaq olmaqla 5 nəfər öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, silahlı insident ötən gün Cənubi Karolina ştatının Rok-Xill şəhərində yerləşən evlərdən birində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində tanınmış 70 yaşlı həkim Robert Lesli, onun 69 yaşlı həyat yoldaşı Barbara Lesli və iki azyaşlı nəvəsi, eyni zamanda, onların evində çalışan bir nəfər öldürülüb.

Bundan başqa, ağır güllə yarası almış daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi evində aşkarlayıblar. Onun sağ və ya ölü olması məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.