Dünya

Vaksinin trombozla əlaqəsi aşkarlanmadı

20 Mart 2021 23:56
Baxış: 1 874
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"AstraZeneca" vaksini koronavirusa yoluxmada, eləcə də bu xəstəlikdən ölüm hallarının qarşısının alınmasında böyük potensiala malikdir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin gəldiyi qənaətdir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ekspertlər peyvəndin trombozla əlaqəsinin təsdiqlənmədiyini bəyan ediblər.
ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məşvərət Komitəsinin üzvləri martın 16 və 19-da iki dəfə müşavirəyə toplaşıblar. Onlar "AstraZeneca" preparatı ilə Böyük Britaniya, Avropa və Hindistanda aparılmış vaksinasiya prosesinin məlumatları əsasında müqayisəli təhlillər aparıblar.
Xatırladaq ki, bundan əvvəl bir sıra Avropa ölkələri COVID-19 əleyhinə peyvənd olunmuş bir neçə avropalıda tromboz hallarına rast gəlindiyinə görə bu preparatın tətbiqini dayandırmışdı. Bununla belə, ÜST mütəxəssisləri əhalinin immunizasiyasının davam etdirilməsinin vacibliyi vurğulayırlar.
ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məşvərət Komitəsinin ekspertləri koronavirus əleyhinə mövcud vaksinlər haqqında məlumatları gələcəkdə də öyrənəcək və yenilənmiş məlumatları mütəmadi olaraq dərc edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.