Dünya

ABŞ-da qanunsuz keçirilən məclisdə silahlı insident: 5 nəfər yaralandı

14 Mart 2021 09:55
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib.

APA "New York Post"a istinadən xəbər verir ki, Bruklin rayonunda yerli vaxtla təxminən saat 04:00-da qeydə alınan hadisə zamanı 5 nəfər (24-49 yaş arasında dörd kişi və 23 yaşlı qadın) yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşı Maykl Kemper ziyafətdə atışmanın mübahisə səbəbindən baş verdiyi bildirib: "Atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyib. Silahlı insident tərəflər arasında küçədə də davam edib". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.