Dünya

Yeniyetmə nənəsinin soyuducusunda ölü tapıldı

13 Mart 2021 11:04
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Kampu-Qrandi şəhərində dəhşətli hadisə qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 15 yaşlı Xose Eduardo Rosa nənəsinin soyuducusunda ölü tapılıb. Yeniyetmənin alt paltarındakı cəsədini onun 20 yaşlı əmisi oğlu aşkar edib.

"Artıq xoşagəlməz qoxu ətrafa yayılmışdı. Mən soyuducunu açdım və onun tək alt paltarı ilə orada oturduğunu gördüm", - deyə gənc oğlan mətbuata açıqlamasında bildirib.

Hadisənin səbəbləri araşdırlır. Polis intihar, qətl kimi versiyaları istisna edib. İlkin ehtimallara əsasən, yeniyetmə sərinləmək üçün soyuducuya girib. Lakin səhhətinin qəfil pisləşməsi səbəbindən oradan çıxa bilməyərək donub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.