“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm".
Bunları Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və "Bakılı oğlanlar" KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı "Qafqazinfo"ya açıqlamasında danışıb.
M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:
"Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, "Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?" Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm".
Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:
"Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar "AzTV2"də "Bir cənub şəhərində" adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır".
M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:
"Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.
O cümlə ki var, "Sözün bitdiyi an". Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.
Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir
-
Bakıda yağış yağacaq, temperatur 26 dərəcəyə düşəcək - Proqnoz
-
Sentyabrda hava necə olacaq?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda bir şagirdin aylıq xərci nə qədərdir? - ARAŞDIRMA
-
Azərbaycanda hava bağlı son məlumat
XƏBƏR LENTİ
-
Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir
-
Bakıda yağış yağacaq, temperatur 26 dərəcəyə düşəcək - Proqnoz
-
Bakıda oteldə 60 yaşlı kişi öldü
-
Dani Bolt “Qarabağ”dan getdi
-
Almaniyada maaşını ala bilməyən azərbaycanlı müdirini qaçırmaq istədi - (Video)
-
Sabirabadda narkotik bitki yetişdirən şəxs saxlanılıb
-
Tarkan görünüşünü dəyişdirdi - (Foto)
-
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
-
Bu qəsəbədə hamı xalat geyinir - Səbəbi təəccübləndirir
-
Sentyabrda hava necə olacaq?
-
“Xark adası darmadağın edilir!” - Trampdan qeyri-adi paylaşım - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib
-
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb
-
Məşhur braziliyalı hücumçu “Barselona”da!
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib
-
Sabiq icra başçısı İslam Rzayev ilə bağlı yeni qərar
-
Bakıda bir şagirdin aylıq xərci nə qədərdir? - ARAŞDIRMA
-
Putin Robert Köçəryanı təbrik etdi
-
Azərbaycanda hava bağlı son məlumat
-
Xaçmazda yük qatarının vurduğu şəxs ölüb
-
Tiktokerin adını eşidən Elgizin reaksiyası gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib





