Şou-biznes

İllər sonra küsülülük iddiasına son qoydu - Foto

29 Sentyabr 2025 20:58
Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə birlikdə foto paylaşıb.

Milli.Az xəbər verir ki, aktrisa bibisinin nəvəsi Zeynəbin toyuna qatılıb. O, foto ilə illərdir haqlarında yayılan küsülülük iddiasına son qoyub. 

"Ailəmizin bu sevincli günündə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildiririk. Uca Allah bütün subaylara toy sevinci və xoşbəxt ailə həyatı nəsib etsin. Dəyərli sənətkarımız Zeynəb xanımı isə daim ailəsinin və onu sevənlərin duaları ilə qorusun. Amin" deyə, M.Xanlarova bildirib.

Qeyd edək ki, Zeynəb Tamerlan adlı bəylə ailə qurub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.