Şou-biznes

Ofelya aparıcı ilə "qırğına çıxdı": stəkanı yerə çırparaq sındırdı - VİDEO

29 Sentyabr 2025 20:00
Baxış: 610
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əsəbiləşərək özündən çıxıb.

Milli.Az xəbər verir ki, verilişə daxil olan telefon zəngində onun qardaşı ilə bağlı səsləndirilən iddialar ifaçının kəskin etirazına səbəb olub.

Hadisədən sonra kulisdə gərginlik davam edib. İfaçı əsəbi halda aparıcı ilə mübahisə edib və əlindəki stəkanı yerə çırparaq sındırıb.

Məlumata görə, mübahisə daha da böyüdüyü üçün Ofelya Şabanova studiyanı tərk edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.