Ölkə

Bu ərazilərdə işıq olmayacaq

29 Sentyabr 2025 21:58
Baxış: 312
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Belə ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq.

Bununla əlaqədar, "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə, sabah saat 11:30-dan 12:30-a qədər Qıvraq qəsəbəsi və ətraf kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.