Sağlamlıq

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz - Açıqlama

29 Sentyabr 2025 21:18
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dövrdə düzgün qidalanma xəstəliyin gedişinə birbaşa təsir edir.

Milli.Az xəbər verir ki, bunu endokrinoloq-diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva açıqlamasında bildirib.

"Xəstəlik zamanı orqanizm əsas gücünü virusla mübarizəyə yönəltdiyi üçün ağır yeməklərdən uzaq durmaq lazımdır.

Fastfud, yağlı və qızardılmış yeməklər, şirin qazlı içkilər, müxtəlif qəlyanaltılar, həmçinin qırmızı ət və un məmulatları bu dövrdə menyudan çıxarılmalıdır. Onları həzm etmək çətin olduğu üçün əlavə enerji sərf olunur və bərpa prosesi ləngiyir.

Əvəzində yüngül və sadə qidalar tövsiyə edilir: toyuq və ya balıq bulyonunda bişirilmiş sup, yarmalar, qaynadılmış və ya buğda hazırlanmış tərəvəzlər, pəhriz toyuq əti, azyağlı balıq, həmçinin bişmiş meyvələr. İlk günlərdə xüsusilə bulyon, sup və yarmalar orqanizmə daha rahat təsir göstərir".

Həkim vurğulayıb ki, iştaha azaldıqda belə, maye qəbuluna xüsusi diqqət yetirmək vacibdir. Bal əlavə edilmiş ilıq süd həm immuniteti dəstəkləyir, həm də susuzluğun qarşısını alır.

"Sağalmanı sürətləndirmək üçün düzgün qidalanma ilə yanaşı, kifayət qədər yuxu, otağın tez-tez havalandırılması, optimal istilik və rütubət, həmçinin yüngül gəzintilər də vacibdir. Əgər vəziyyət pisləşərsə, yəni, yüksək temperatur, güclü zəiflik və ya digər təhlükəli simptomlar yaransa həkimə müraciət etmək mütləqdir"

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.