Dünya

ABŞ Konqresi Baydenin təklif etdiyi 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi qəbul edib

11 Mart 2021 08:53
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Nümayəndələr Palatası pandemiyadan ziyan görmüş ölkə iqtisadiyyatı üçün 1,9 trilyon dollarlıq stimullaşdırıcı paketi qəbul edib. Səsvermənin sonlarına yaxın paket artıq kifayət qədər konqresmenin dəstəyini qazanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təşəbbüs 220 konqresmen tərəfindən dəstəklənib, bir demokrat və bütün respublikaçı konqresmenlər təşəbbüsün əleyhinə səs verib. Ümumilikdə 211 konqresmen onun əleyhinə çıxış edib.

Bu plan koronavirusun iqtisadiyyata vurduğu mənfi nəticələrin aradan qaldırılması üçün ABŞ Prezidenti Co Bayden tərəfindən təklif olunan proqrama əsaslanır. ABŞ Senatı martın 6-da paketin lehinə səs verib. Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü keçirilmiş brifinqdə bildirib ki, Konqresin qəbul etdiyi sənədin cümə günü dövlət başçısı tərəfindən imzalanması gözlənilir.

Qeyd edək ki, bu paket pandemiya ilə mübarizədə təqribən 400 milyard dollar ayrılmasını nəzərdə tutur. 1 trilyon dollar əhaliyə yardım üçün, qalan hissəsi iqtisadiyyatın stimullaşdırılması üçün sərf olunacaq. Vətəndaşlara birbaşa aylıq ödənişlər 2 min dollara qədər artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.