Dünya

Avropada koronavirusa yoluxma halları artıb - ÜST

4 Mart 2021 17:45
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Avropada koronavirusa yoluxma halları 9 faiz artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, bundan əvvəlki 6 həftə ərzində ard-arda yoluxma hallarında azalma müşahidə olunsa da, ötən həftə yoluxma yendən artıb.

Büro direktoru bildirib ki, artım əsasən Mərkəzi və Şərqi Avropada, eləcə də Qərbi Avropanın bəzi ölkələrində qeydə alınıb.

H.Klüge qeyd edib ki, Avropanın bütün dövlətlərində səhiyyə sistemi yüksək yüklənmə şəraitində işini davama etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.