Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soydaşlarımızın təşəbbüsü ilə dünyanın bir çox media orqanlarında Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar məqalələr yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, İtaliyanın "eurasiaticanews.altervista.org" xəbər portalının "Azərbaycanda Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir" sərlövhəli məqaləsində müəllif Xocalı soyqırımının Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmədiyini bir daha oxucuların nəzərinə çatdırılıb.
Finlandiyanın nüfuzlu https://suomenkuvalehti.fi xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə "Xocalı - tanınmamış soyqırım" sərlövhəli məqalə həsr olunub. Məqalədə əsir götürülən gənc xanıma verilən işgəncələr xüsusi ilə vurğulanıb.
Həmvətənlərimizin təşəbbüsü ilə İtaliyanın "Electo Magazine" xəbər portalında "Üzərindən 29 il keçən Xocalı qırğınına görə azərbaycanlılar ədalət tələb edir"sərlövhəli məqalə yayımlanıb. Enriko Tosellinin qələmə aldığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və onların havadarlarının Xocalı şəhərində xüsusi qəddarlıqla dinc azərbaycanlıları qətlə yetirməsi barədə ətraflı məlumat verilib.
Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədovun alman mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı qətliamı: bütün məsuliyyəti Ermənistan daşıyır" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin
366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı aktı törətməsindən, eləcə də Ermənistanın təcavüzkar siyasətindən bəhs olunur.
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında "Azərbaycanın Xocalı soyqırımından 29 il keçir" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə bildirilib ki, Xocalıda törədilən dəhşətli qətliamın izləri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.
Məqalələrlə daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://suomenkuvalehti.fi/megafoni/khojali-kansanmurha-jota-ei-tunneta
https://nex24.news/2021/02/massaker-von-chodschali-armenien-traegt-die-volle-verantwortung/
https://nex24.news/2021/02/massaker-von-chodschali-armenien-traegt-die-volle-verantwortung/
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
XƏBƏR LENTİ
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi





