Dünya

Fransanın Bordo şəhərinin mərkəzində partlayış

6 Fevral 2021 15:03
Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın Bordo şəhərinin mərkəzindəki binada güclü partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhərin yerli "Sud Ouest" qəzeti məlumat verib.

Nəşr bildirib ki, ilkin araşdırmaya görə partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində binaya ciddi ziyan dəydiyi, binanın uçma təhlükəsinin olduğu qeyd olunub.

Xilasetmə qrupları və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.