Dünya

Qazaxıstan Türkiyədən PUA-lar ala bilər

5 Fevral 2021 14:58
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan müdafiə naziri general-leytenant Nurlan Yermekbayev, Türkiyənin müdafiə nazirinin müavini Muhsin Dereni qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev, birgə müəssisələrin yaradılmasında hərbi-texniki əməkdaşlığın, Qazaxıstanın Milli Müdafiə Universiteti və Türkiyənin hərbi təhsil müəssisələrində  ixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.

Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini general-mayor Muhammedjan Talasovun türkiyəli həmkarı Muhsin Dere ilə görüşü zamanı Türkiyənin böyük müdafiə şirkətləri ilə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Tərəflər servis xidmətlərinin Qazaxıstan müəssisələrindən birində lokallaşdırılması ilə müxtəlif növ PUA-ların alınmasını müzakirə edib, habelə türk müəssisələrinin istehsal etdiyi zirehli silahların imkanları ilə tanış olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.