Dünya

Paşinyan Moskvadakı görüşə bu rəsmiləri göndərir

4 Fevral 2021 19:14
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazir Nikol Paşinyan Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli işçi qrupu çərçivəsində danışıqların aparılacağı Moskva görüşünə Ermənistan tərəfdən gedəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan hökumətinin saytında dərc olunan fərmana əsasən, Baş nazirin müavini Mher Qriqoryan işçi qrupunun Ermənistandan həmsədri və xarici işlər nazirinin müavini Armen Gevondyan onun müavini təyin edilib.

İşçi qrupun tərkibində ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan, Dövlət Gəlirləri Komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş Qərargahın Əməliyyatlar şöbəsinin müdiri Edvard Asryan, habelə Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi, İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini S. Sarkisyan iştirak edəcək.

Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki rus bölməsinin rəhbəri Artur Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun katibi olacaq.

Xatırladaq ki, yanvarın 30-u üçtərəfli işçi qrupunun ilk iclası baş tutub. İclasın yekunu olaraq dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat üzrə ekspert heyətinin həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert heyətlərinin yaradılması istiqamətində qərar qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.