Dünya

Vyana şəhər meriyası "fotovoltaik hücumu"na hazırlaşır

31 Yanvar 2021 22:39
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyana şəhər meriyası yaxın gələcəkdə şəhəri günəş enerjisindən istifadə üzrə nümunəvi məkana çevirmək niyyətindədir. Şəhərin iqlim məsələləri üzrə müşaviri Yürqen Çernohorski yeni "fotovoltaik hücumu" adlı konsepsiyanı təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2040-cı ilədək Avstriya paytaxtında zərərli qazların neytrallaşdırılması ("CO2-siz Vyana") məqsədilə şəhərdəki binaların damları, fasadları, avtomobil parklama yerləri, depo və infrastruktur obyektlərində kütləvi şəkildə fotovoltaik panelləri quraşdırılacaq. İlkin mərhələdə dövlət tabeliyində olan bina və məkanlardan istifadə nəzərdə tutulsa da, növbəti mərhələdə fərdi bina və torpaq sahələrinin sahibləri üçün də müvafiq təkliflərin hazırlanacağı bildirilib. Konkret hədəf kimi isə 2025-ci ilə kimi şəhərdəki fotovoltaik qurğuların həcminin beş dəfə artırılaraq 250 meqavatt pikə (pik - günəş enerjisi modullarının mümkün maksimal işləmə gücü) çatdırılması nəzərdə tutulur. 2030-cu ilə kimi şəhərdəki günəş panellərin ümumi həcmi 800 meqavatt pikə çatdırılmalıdır.

Fotovoltaik panellərinin quraşdırılması üçün hər il təxminən 90-100 futbol stadionu qədər sahəyə ehtiyac olacaqdır. Vyana şəhər meriyası panellərin quraşdırılması üçün kreativ ideyalar üçün də subsidiyalar ayıracaq, eyni zamanda qarşıdakı illərdə bu sektorun inkişafı ilə şəhər iqtisadiyyatında 1200 yeni iş yerinin yaranacağı da gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.