Dünya

İsrail BƏƏ-də səfirlik açdı

25 Yanvar 2021 15:00
Baxış: 627
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirlik açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirlik tam yerləşənədək müvəqqəti ofislərdə xidmət göstərəcək.

Eytan Naeh səfir təyin olunub və artıq vəzifəsinin icrası üçün Əbu-Dabiyə yollanıb. Rəsmi açılışın isə bir neçə gün içində baş tutacağı bildirilib.

Vurğulanıb ki, Əbu-Dabidə səfirliyin açılması 15 sentyabr 2020-ci ildə imzalanan əlaqələrin normallaşdırılması anlaşmasının tərkib hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.