Dünya

Yeni "Bayraktar"ın üstünlükləri - Türk general açıqladı - VİDEO

20 Yanvar 2021 11:34
Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən Müharibəsində qalib gəlməyimizdə bacarıqlı hərbçilər, düzgün strategiya ilə paralel yüksək texnoloji qurğuların da böyük rolu olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının rolu danılmazdır.

Liviya, Suriya və Qarabağda effektivliyini göstərən uçuş aparatını almaq üçün Böyük Britaniya, Serbiya, Qazaxıstan və Gürcüstandan real sifarişlər var. Bolqarıstan və Ukrayna isə pilotsuzların böyük partiya ixalını planlaşdırır.

Pilotsuz uçuş aparatına tələbatın artdığı bir vaxtda Türkiyədə "Bayraktar"ın yeni versiyasının təqdim ediləcəyi bildirilir. Şaquli qalxma imkanına malik olacaq qurğuların avtonomluğunun bir az da təkminləşdiriləcəyi deyilir.

Məlum məsələdir ki, avtonom olaraq, idaretmə olmadan "Bayraktar TB2"lər havaya qalxa və enə bilirlər. Yeni "Bayraktar"ların üstünlüyünün nə olacağı barədə Türkiyədə ehtiyatda olan general Özgür Tor aydınlıq gətirib:

"Türkiyə piltosuz uçuş aparatları sahəsində böyük üstünlüklər əldə edib. Üstünlüklər pilotsuzların havada qalma müddəti, hədəfi dəqiq təyin edib məhvə etməsi, səssizliyi, tapşırıqları dəqiq yerinə yetirmək bacarığı və s. ibarətdir.

Pilotsuzların idxalının daha da artması baxımından modernləşdirilməsi labüd olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.