İdman

Komanda gerilədi, azarkeşlər stadionu yandırdı - VİDEO - FOTO

12 Dekabr 2025 11:20
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyanın köklü futbol klublarından biri olan "Haka" aşağı liqaya düşdükdən sonra ciddi etirazlarla üzləşib.

Milli.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Finlandiyanın çoxdankı klublarından biri olan "Haka"nın mövsümün sonunda aşağı liqaya düşməsi "Valkeakoski"də gərginliyi artırıb.

12 komandalı liqada 16 xalla 11-ci yeri tutan klubun stadionu azarkeşlər tərəfindən yandırılıb.

Hadisənin 15 yaşdan kiçik olan üç uşaq azarkeş tərəfindən törədildiyi müəyyən edilib. Polis yanğını törədən şəxslərin azyaşlı olduqlarına görə cəzalandırılmayacağını bildirib.

Yanğından dərhal sonra klub rəsmiləri və Valkeakoski Bələdiyyəsi stadionun yenidən qurulması üçün atılacaq addımları müzakirə etməyə başladılar.

Söküntü işlərinə əlavə olaraq, zədələnmiş süni çəmənliyin təmizlənməsi və təmiri də əsas məqsədlər arasındadır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.