Dünya

Haker hücumu nəticəsində peyvəndlər barədə məlumatlar sosial şəbəkəyə sızdırılıb

15 Yanvar 2021 07:14
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Dərman Agentliyinə haker hücumu zamanı sosial şəbəkələrə koronavirusa qarşı "Pfizer" və "BioNTech" peyvəndləri barədə məlumatlar sızdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sızdırılan sənədlər İtaliyanın "Yarix" kiber təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.

Hakerlər "darknet" şəbəkəsində peyvənd istehsalı və marketinq kampaniyasına dair gizli məktubları və sənədləri dərc ediblər.

Avropa İttifaqından olan nümayəndə haker hücumunun və sənədlərin sızmasının preparatların qeydiyyata alınmasına və istehsalına təsir göstərmədiyini bildirib.

Bundan sonra "Pfizer" səhmləri 2,2%, "BioNTech"in Amerika depozit qəbzləri isə 5,1% dəyər itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.