Dünya

Serbiya Prezidentinin danışıqları dinlənilib - Belqradda qalmaqal

3 Yanvar 2021 17:54
Baxış: 804
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Serbiyanın hüquq-mühafizə orqanları Prezident Aleksandar Vuçiçin hansı şəraitdə qanunsuz dinlənildiyini araşdırırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib:

"Daxili İşlər Nazirliyi dinlənilmə ilə bağlı həqiqətləri ortaya çıxaracaqlar. Prezident Vuçiç heç vaxt boş söz demir və bunlar siyasi qazanc naminə yox, həqiqət olduğu üçün söylənilib. O, dinlənildiyinə dair dəqiq məlumatlar əldə edib".

Daxili işlər naziri onu da bildirib ki, Prezidentin qanunsuz dinlənməsi həqiqətdir, lakin onlar bunu sübut etməlidirlər ki, bu hal bir daha təkrarlanmasın.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.