Çinin Xarici İşlər naziri Van İ koronavirusun mənşəyi barədə fikirlərini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o qeyd edib ki, Çin COVID-19-un müəyyən edildiyi ilk ölkə olub. Bundan sonra ölkə rəhbərliyi epidemiyanın qarşısını almaq üçün təcili tədbirlər görüb və virusun genomu barədə araşdırmalar başladılıb.
Onun sözlərinə görə, araşdırmalar koronavirusun yayılmasının müxtəlif ərazilərdə başladığını göstərib.
Milli.Az