Dünya

Belarusda kütləvi peyvəndlənmə başladı

29 Dekabr 2020 12:54
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusda Rusiya istehsalı "Sputnik V" preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.

Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.

"Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin "Sputnik V" preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi",- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Belarus Rusiyadan sonra "Sputnik V"ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.

Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inannmadığını və peyvənd olunmayacağını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory