Dünya

Daha bir ölkədə Yeni il şənlikləri qadağan edilib

25 Dekabr 2020 04:30
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir hökuməti COVID-19 pandemiyasının daha çox yayılmasının qarşısını almaq məqsədilə paytaxt Qahirə və digər şəhərlərdə Yeni il şənliklərinin qadağan edilməsi barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Baş naziri Mustafa Mədbuli bildirib.

Misir Nazirlər Kabinetinin iclasından sonra mətbuat nümayəndələrinə açıqlama verən Mədbuli qeyd edib ki, hazırda ölkədə yeni növ koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı artmaqdadır. Bu səbəbdən Yeni il ərəfəsində insanların bir yerə toplaşmasının qarşısını almaq məqsədilə şənliklərin keçirilməsinə icazə verilməyəcək.

Pandemiyanın başlamasından bəri Misirdə COVID-19-a 127 min nəfər yoluxub, 7 mindən çox insan vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.